Logo

BDU-nun dosenti vəfat edib - FOTO

06.03.2022 22:00 1685 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Ümumi dilçilik kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Məhəmməd Məmmədov vəfat edib. 

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Məhəmməd Məmmədov 1957-ci il avqustun 18-də Naxçıvan MR Ordubad rayonunun Dəstə kəndində anadan olub. 

1973-1978-ci illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. 1978-1983-cü illərdə Ordubad rayonunun Dəstə kənd orta məktəbində müəllim işləyib. 1986-cı ildən BDU-da çalışırdı. 1983-1986-cı illərdə BDU-nun əyani aspirantı olub.  1987-ci ildə „Azərbaycan dilində feli adlar“ adlı dissertasiya müdafiə edib və filologiya elmləri namizədi elmi dərəcəsi alıb. 

BDU-nun Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasında müəllim, 1994-2007-ci illərdə BDU-nun Filologiya fakültəsinin Ümumi dilçilik kafedrasında baş müəllim işləyib. 

2008-ci ildən BDU-nun Filologiya fakültəsinin Ümumi dilçilik kafedrasında dosent kimi çalışırdı. 
 
Allah rəhmət eləsin!

Xəbər lenti